Ukrayna 2026-2027-ci illər üçün Avropa İttifaqından 90 milyard avro yardım əldə etdi.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Portuqaliya Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında bildirib. O, həmçinin əlavə edib ki, Rusiyanın 210 milyard avro dəyərində dondurulmuş aktivlərinin də Ukraynanın xeyrinə istifadə olunacağına ümid bəsləyir:
"Bu, bütün hallarda baş tutacaq", -deyə Zelenski vurğulayıb.