20 dekabr 2025 20:45
110

"Fənərbağça" liderliyə yüksəlib

Türkiyə Superliqasında XVII turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, "Fənərbağça" bu tur "Eyüpspor"un qonağı olub. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Anderson Taliska, Marko Asensio və Con Duran vurublar. Bu nəticədən sonra xallarını 39-a çatdıran "Fənərbağça" liderliyə yüksəlib.

Günün ilk matçında "Konyaspor" "Kayserispor"la heç-heçə edib - 1:1.