20 dekabr 2025 23:27
78

“Beşiktaş” qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul edib. Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza atıb.

Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci, “Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.