Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, "Milan" 30 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
A Seriyası təmsilçisi artıq alman oyunçunun agenti ilə danışıqlara start verib.
Qeyd edək ki, Sülenin Dortmund klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər