İspaniyanın "Real" klubunun rəhbərliyi "Sevilya"ya qarşı La Liqanın XVII turunun oyununda azarkeşlər tərəfindən titə basılan futbolçu Vinisius Juniora tam dəstək olub.
“İki sahil” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, komandada son aylarda braziliyalı oyunçunun ətrafında yaranan ümumi atmosfer narahatlıq doğurur. "Kral klubu"nun prezidenti Florentino Peres daim Vinisius Juniorla səmimi söhbətlər edir. O, futbolçunun meydandakı əzmkarlığını yüksək qiymətləndirir. 25 yaşlı hücumçu isə mövsümün hazırkı mərhələsində optimal formasında olmadığını etiraf edib.
Qeyd edək ki, "Real" "Sevilya"nı iki cavabsız qolla üstələyib.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər