21 dekabr 2025 17:05
91

Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 2:1

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub. Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 2:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib. Ağdam klubunda 27-ci dəqiqədə Bədavo Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adını tabloya yazdırıb. Xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda liderdir. "Qəbələ" 8 xalla 11-cidir.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.

Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.