Türkiyənin Ağrı vilayətində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib.
“İki sahil” xəbər verir ki, Türkiyə, İran və Azərbaycan idmançılarının iştirakı ilə keçirilən yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.
Komandanı turnirdə 5 məşqçi və 36 idmançı təmsil edib. Boksçularımız 14-ü qızıl, 16-sı gümüş və 2-si bürünc olmaqla, 32 medal qazanıblar. Təmsilçilərimizdən Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev qızıl medal qazanmağa müvəffəq olublar.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar