Binəqədi rayonu ərazisində obyektlərin birindən 800 manat, yarımtikilidən isə 1800 manat dəyərində kombi aparatı və su mühərrikinin talanması barədə ərazi polis orqanına məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Paşayev və əvvələr narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş R.Talıbov müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək