"Fənərbağça" klubunun prezidenti, iş adamı Sadettin Saran barəsində aparılan istintaqa görə ortaya çıxan bəzi iddialara aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"WhatsApp" üzərindən məqsədli şəkildə yenidən gündəmə gətirilən, illər öncə dəfələrlə təkzib edilən görüntü və paylaşımlarla mənə qarşı kampaniya aparılır. Video və məzmunlarda yer alan şəxsin mən olmadığım dəfələrlə sübut olunsa da, bu materialların yenidən tirajlanması mənə olan etimadı sarsıtmaq məqsədi daşıyır", - Sadettin Saran bildirib.
Onun vəkilləri iftira xarakterli məzmunları yayan və vasitəçilik edənlər haqqında şikayət edəcək.
"Digər tərəfdən, bəzi media resurslarında yer alan və tamamilə şəxsi həyata aid olan yazı, şərhlər də hüquqa və mətbuat etikasına ziddir" , - Saran qeyd edib. "Fənərbağça" klubunun prezidenti sadalananları hüquq pozuntusu sayır.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar