23 dekabr 2025 08:33
85

Misir yığması rekorda imza atıb

Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və səkkiz qol imkanı yaradıb.

“İki sahil” xəbər verir ki, bu barədə "OptaJean" "X" sosial media platformasında bildirib.

Qeyd edilir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kubokunun matçı üçün ən yüksək göstəricidir. Afrika Millətlər Kuboku - 2025-in qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2-1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.

B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.