Bakıda 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək