“Neftçi"nin qış hazırlıq planı bəlli olub.
“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, komanda təlim-məşq toplanışına yanvarın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində başlayacaq.
Bakı təmsilçisi orada üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Rəqiblərdən biri artıq dəqiqləşib. Bu, Qazaxıtanın “Kayrat” klubudur.
UEFA Çempionlar Liqasında çıxış edən Almatı təmsilçisi ilə qarşılaşmanın tarixi hələlik bəlli deyil.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər