24 dekabr 2025 23:16
92

Tələbələr arasında dama yarışı keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Astara Pedaqoji  Kollecində  də Prezidenti cənab İlham Əliyevin doğum günü müxtəlif tədbirlərlə qeyd  edilib. Bu münasibətlə təhsil ocağında tələbələr arasında  keçirilən  dama yarışı  daha maraqlı və yadda qalan olub.

Kollecdən bildirdilər ki, tələbələrin böyük həvəslə qatıldığı yarışda   əsas məqsəd  onların  intellektual inkişafına töhfə vermək, məntiqi düşünmə bacarıqlarını artırmaq və asudə vaxtın səmərəli təşkilini təmin etmək  idi. Həmçinin yarışda fəallıq göstərən tələbələr arasında sağlam rəqabət mühiti formalaşıb.

Kollecin bütün  kollektivi adından dövlətimizin başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ölkəmizin davamlı inkişafı,  Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü