24 dekabr 2025 17:33
93

Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir

Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir.

Kompüter elmləri və mühəndisliyi kafedrasının müdiri 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələr, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, kafedranın  inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər.

Məlumat üçün onu da bildiririk ki, BANM-də çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, kafedranın  inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 26 yanvar 2026-cı il tarixinədək CV-lərini, yuxarıda qeyd olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Əlavə məlumat almaq üçün (012) 521-33-57 nömrəli telefonla əlaqə saxlaya bilərlər.