Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat yerləşdirilib.
"Bu gün, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Baş vermiş bu faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda qeyd olunub.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək