25 dekabr 2025 15:27
84

Oqtay Əsədovun qızı vəfat edib

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.