Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviç Qazaxıstandan ölkəyə ekstradisiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməkdə şübhəli bilinib.
Ramazan Herayev barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, beynəlxalq axtarışa verilib.
R.Herayev, Qazaxıstanda saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək