Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində 14-ü futbolçu olmaqla, 29 nəfər barəsində saxlanma qərarı verilib.
“İki sahil” xəbər verir ki, həmin şəxslər arasında “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur da yer alır. Məhkəmənin qərarına əsasən, şübhəli şəxslərin ifadələrinin alınması və istintaqın genişləndirilməsi məqsədilə əməliyyat tədbirləri davam edir.
Rəsmi mənbələrin verdiyi məlumata görə, əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.
Hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, 6 şübhəli ötən mövsüm baş tutan “Kasımpaşa”–“Samsunspor” oyununun nəticəsini manipulyasiya etmək ittihamı ilə tutulub.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər