"Formula 1" tarixində ən zəngin pilot müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə "GQ Sports" nəşri siyahı açıqlayıb. Siyahıya Mixael Şumaxer başçılıq edir. Almaniyalı pilotun sərvəti 790 milyon dollar olaraq qiymətləndirilib. Lyuis Hamilton (304 milyon dollar) ikinci, Fernando Alonso isə (264 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ilk "5-lik"də həmçinin Kimi Raykkonen (254 milyon) və Niki Lauda (203 milyon) yer alıb.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər