İspaniyanın "Real" klubu AZ-ın (Niderland) 19 yaşlı yarımmüdafiəçisi Kes Smitlə maraqlanır.
“İki sahil”in "The Athletic"ə istinadən məlumatına görə, niderlandlı futbolçuya 29 yaşlı Daniel Sebalyosun əvəzləyicisi kimi baxılır. AZ futbolçusunu qış transfer pəncərəsində buraxmaq niyyətində deyil və satışından təxminən 60 milyon avro əldə etməyi planlaşdırır. "Real"la yanaşı, yarımmüdafiəçiyə İspaniyanın digər klubu "Barselona", həmçinin "Mançester Yunayted"və "Nyukasl" (hər ikisi İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) tərəfindən da maraq göstərilir.
Qeyd edək ki, K.Smit cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 27 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunu 22 milyon avro dəyərində qiymətləndirir.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər