27 dekabr 2025 21:29
121

“Arsenal” “Brayton”a qalib gəlib

İngiltərə Premyer Liqasında XVIII turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, “Mançester Siti” “Nottingem Forest”ə 2:1 hesabı ilə qalib gəlib. “Arsenal” “Brayton”u (2:1),”Liverpul” isə “Vulverhempton”u (2:1) üstələyib. “Arsenal” 42 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 40 xalla ikinci pillədə qərarlaşıb.