Birləşmir Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubu Manolo Qabbiadini ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya millisinin sabiq üzvü ilə gələn ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Manolo Qabbiadini 2023-cü ilin iyul aayında "Sampdoriya"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Əl-Nəsr"ə keçmişdi. 34 yaşlı hücumçu Dubay təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər