"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen İspaniyanın başqa klubuna keçməyə yaxındır.
“İki sahil” "Sport.es" nəşrinə istinadən xəbər verir ki, almaniyalı qolkiper "Jirona"ya transfer olunmaq üzrədir. İki klub arasında münasibətlərin bu keçidin tamamlanmasına kömək edəcəyi gözlənilir. "Jirona" təcrübəli qolkiperi almaq üçün səy göstərir.
Mark-Andre ter Ştegen də başqa komandada çıxış etmək niyyətindədir. O, 2026-cı ildəki dünya çempionatından əvvəl oyun praktikası qazanmağı hədəfləyir.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər