Soyuq havalarda avtomobilinizdə yarana biləcək problemlərin qarşını öncədən almaq istəyirsinizsə, bu yazını mütləq oxuyun.
ATV.az avtomobil ustası Əli Sultanovun sürücülər üçün verdiyi bir neçə məsləhəti təqdim edir:
- Avtomobilin mühərrikinə antifriz tökdüyümüz zaman, ondan mütləq şüşəsilənin suyuna da əlavə etmək lazımdır. Bu maye soyuq havalarda suyun donmasının qarşısını alır.
- Soyuq havalarda avtomobilə əyləşən zaman qapının şüşələrini aşağı salmayın. Çünki şüşə donmuş vəziyyətdə qaldığı üçün açılmır. Bunu etdiyimiz zaman şüşəsilənin mühərrikində qısaqapanma olur. Nəticədə mühərrik yanır. Ona görə, avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra, yəni salon az da olsa qızdıqdan sonra şüşələri endirmək lazımdır.
- Avtomobili axşam park edərkən şüşəsiləninin söndürüldüyünə əmin olun. Çünki səhər avtomobili işə salan zaman şüşəsilən qəfil işə düşür. Bu halda donmuş şüşəsilən qırıla bilər.
- Avtomobilinizi uzun müddətlik park edən zaman əl tormuzunu çəkməyin. Çünki əl tormuzunu çəkdikdə avtomobilin trosları dartılır, kalofkalar açıq vəziyyətdə olur. Soyuq havada saatlarla bu halda qalan avtomobil hərəkət etdirmək olmur”.