Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, kafedranın məlumatına görə, hazırda Günəş aktivliyi orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş tac kütlə atılması müşahidə edilməyib. Digər sinif alışmaların olma ehtimalı çox azdır.
Geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı dekabrın 31-i, yanvarın 1-7-də aşağı səviyyədə - 1-4 intervalında olacaq. Bu da geomaqnit sahənin fon səviyyəsində olacağını göstərir
DİN: Bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl edək - FOTO/VİDEO
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi nəzarətə götürülüb