Bakının Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yol hərəkətində dəyişiklik edilib, yeni svetoforlar quraşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeni svetofor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.