03 yanvar 2026 14:50
213

Qurban Qurbanovdan qış transferinə dair - Mühüm qərar

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer pəncərəsi ilə bağlı mühüm qərar verib.

“İki sahil” xəbər verir ki, QOL.az-ın əldə etdiyi xəbərə görə, bu mövsüm UEFA Çempionlar Liqasındakı oyunlardan sonra “Qarabağ”ın bəzi yerli və əcnəbi oyunçularına xaricdən real təkliflər var. Amma Q.Qurbanov ən azı qış fasiləsində heç kimi buraxmaq niyyətində deyil və heyəti qoruyacaq. Bu, baş məşqçinin qəti mövqeyidir. 

Qərar “Qarabağ”ın Çempionlar Liqasında çıxışını davam etdirməsi və  pley-off şansının qalması ilə bağlıdır. Karyerasını xaricdə davam etdirmək istəyənlərlə bağlı yekun qərar yayda veriləcək.

Qışda “Qarabağ”a yeni oyunçuların alınacağı isə istisna deyil. Amma hələlik Q.Qurbanov rəhbərliyə konkret kimi istəməsi və hansı mövqelərə oyunçu alınması ilə bağlı müraciət etməyib. Ehtimal var ki, bununla əlaqədar klub rəhbərliyi ilə yanvarın 7-də, komanda qış hazırlığına başlarkən söhbət olacaq.