"Sumqayıt" klubu qış hazırlıq planı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.
“İki sahil” xəbər verir ki, baş məşqçi Saşa İliçin rəhbərlik etdiyi komanda yanvarın 3-17-si aralığında Antalyanın Lara bölgəsində hazırlıq prosesi keçəcək.
Klub toplanış müddətində 3 yoxlama oyununda iştirak edəcək.
Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın “Pakş”, 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər