Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi hücumçu Bara Sapoko Ndiayeni heyətinə qatıb.
18 yaşlı forvard Qambiyanın "Gambinos Stars Afrika" klubundan icarə əsasında transfer edilib. Gənc futbolçu cari mövsümün sonuna qədər Almaniya nəhənginin şərəfini qoruyacaq.
Qeyd edək ki, Vensan Kompaninin rəhbərlik etdiyi "Bavariya" hazırda Bundesliqada inamlı təsir bağışlayır. 15 turdan sonra 41 xal toplayan komanda turnir cədvəlinin lideridir. Münhenlilər növbəti oyununu yanvarın 11-də doğma meydanda "Volfsburq"a qarşı keçirəcək.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər