Norveç futbolu Erlinq Halanddan sonra növbəti superulduz futbolçu qazanmağın astanasındadır.
“İki sahil” xəbər verir ki, "Mançester Siti"nin ulduz oyunçusu Erlinq Haalandın yaxın qohumu olan Albert Tyaland göstərdiyi inanılmaz məhsuldarlıqla diqqət mərkəzinə düşüb.
Hazırda Norveçin səviyyəcə 4-cü liqasında mübarizə aparan "Rosseland" klubunda çıxış edən 21 yaşlı hücumçu fantastik statistikaya imza atıb. O, ötən mövsüm meydana çıxdığı 37 oyunda düz 64 qol vurub.
Mütəxəssislər bu tempin davam edəcəyi təqdirdə, tezliklə Avropanın top klublarının futbolçu üçün hərəkətə keçəcəyini bildirirlər.
Xatırladaq ki, onun məşhur qohumu Erlinq Haland 2022-ci ildən "Mançester Siti"də çıxış edir və İngiltərə Premyer Liqasında bir çox rekordları yeniləyib. Ulduz futbolçu həmçinin 21-ci əsrdə ilk dəfə Norveç millisini dünya çempionatının final mərhələsinə (DÇ-2026) yüksəltməyi bacarıb.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb