Madridin "Real" klubunun baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappenin vəziyyəti ilə bağlı açıqlama verib.
“İki sahil” xəbər verir ki, mütəxəssisin sözlərini klubun rəsmi saytı yayıb.
"Biz əvvəlcədən müəyyən edilmiş plan üzrə hərəkət edəcəyik. Çox şey futbolçunun fiziki durumundan asılıdır və bizim vəzifəmiz onun optimal müddətdə qayıtması üçün mümkün olan hər şeyi etməkdir. Bunun dəqiq nə vaxt baş verəcəyini demək çətindir. Hazırda konkret cavabım yoxdur", – Alonso bildirib.
Onun sözlərinə görə, daha ətraflı məlumatı növbəti oyunöncəsi mətbuat konfransında verəcək: "Hər qarşılaşmadan sonra futbolçunun vəziyyətini yenidən qiymətləndiririk və bundan sonra zəruri qərarlar qəbul edirik. Bərpa prosesini diqqətlə izləmək vacibdir və onun mümkün qədər tez qayıtması üçün maksimum səy göstərəcəyik".
Qeyd edək ki, bu gün "Real" La Liqa çərçivəsində "Betis"lə qarşılaşacaq. Daha sonra klubu İspaniya Superkubokunda ən azı bir oyun gözləyir – yarımfinalda madridlilər "Atletiko" ilə üz-üzə gələcəklər.
Xatırladaq ki, daha əvvəl Mbappedə diz zədəsi aşkarlanması barədə məlumat yayılmışdı.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb