Andrey Demçenko "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub.
“İki sahil” xəbər verir ki, ukraynalı mütəxəssislə anlaşma "5 ay+1 il" müddətini əhatə edir.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində "İmeks", "Metallurq" (Zaporoje), "Veres", "Lvov", "Metallist 1925", "Bukovina" klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın "Obod", həmçinin Gürcüstanın "Dila" və "Dinamo" (Batumi) komandalarına rəhbərlik edib.
50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan "Jenis"inin baş məşqçisi olub. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, dekabrın 21-də "Şamaxı" ilə keçirilmiş oyundan sonra istirahətə yollanan "Araz-Naxçıvan" məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək.
Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. "Qırmızı-ağlar" yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sınaqçı-rəqib "Qəbələ" olacaq.
Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb