"Qalatasaray" klubu iki futbolçusu ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, Türkiyə Super Kubokunun yarımfinalında "Trabzonspor"la qarşılaşacaq "Qalatasaray"ın baş məşqçisi Okan Buruk matçdan öncəki mətbuat konfransında klubdan ayrılan futbolçuların adlarını açıqlayıb.
Mütəxəssis yarımmüdafiəçi Berkan Kutlunun komandanı tərk etdiyini bildirib. O, 27 yaşlı futbolçunun Superliqanın digər təmsilçisi "Konyaspor"la razılığa gəldiyini qeyd edib. Baş məşqçi kluba verdiyi əməyə görə Berkana təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Bundan başqa, İstanbul nəhəngi sağ cinah hücumçusu Yusuf Demirlə də yolları ayırmağa qərar verib. Okan Buruk gənc oyunçu ilə bağlı qərarı belə şərh edib:
"Yusuf Demirlə danışdıq. Qarşılıqlı şəkildə razılaşaraq yollarımızı ayırmağa qərar verdik".
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb