Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan I Dəstəsinin mükafat fondu bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Sənan Şəfizadə məlumat verib.
O, çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb:
"Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək".
Qeyd edək ki, Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb