"Fənərbağça"nın 8 futbolçusu Türkiyə Superkubokunun yarımfinalında "Samsunspor"a qarşı keçirəcəkləri oyunu buraxacaq.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, komandadan ayrılacağı gözlənilən İrfan Can Eğribayatla yanaşı, zədəli oyunçular Nelson Semedo, Edson Alvares, Arçi Braun və Anderson Talişka Adanaya aparılmayıb.
Fred cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Afrika Millətlər Kubokunda iştirak edən malili oyunçu Dorjeles Nene və mərakeşli Yussef En-Nesiri də heyətdə yer almayıb.
Qeyd edək ki, "Fənərbağça" - "Samsunspor" qarşılaşması yanvarın 6-da Yeni Adana Stadionunda, Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cütün qalibi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda "Qalatasaray" - "Trabzonspor" duelinin güclüsü ilə görüşəcək. Həmin matç bu gün, saat 21:30-da start götürəcək.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb