Ötən ilin dekabr ayında ölkədən çıxışı qadağan edilən 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 359 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Ölkəyə girişi qadağan olan 64 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib