Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan "Trabzonspor" klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, klub Avstriyanın "Volfsberq" klubundan Çibuyke Qodfrey Nvayvunu transfer edib.
Məlumata görə, 22 yaşlı nigeriyalı müdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb. "Trabzonspor" bu keçid üçün qarşı tərəfə ümumilikdə 5.5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, futbolçu cari mövsümdə "Volfsberq"in heyətində 16 matça çıxıb və 1 qol vurub.
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb