Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.
“İki sahil” xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.
Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib