"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.
“İki sahil” bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq.
"AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]", - deyə aviaşirkət bəyan edib.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib