2025-ci ildə Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzununa dünyanın nəhəng enerji şirkətlərindən biri olan bp şirkəti tərəfindən iş təklifi olunub.
“İki sahil” xəbər verir ki, onlardan 13 nəfəri artıq şirkətdə işə başlayıb. bp-də işə başlayan 13 nəfərdən 11-i BANM-in 2025-ci il məzunu, 2-si isə V kurs tələbəsidir.
Bundan əlavə, ötən il bp-də təcrübə proqramında iştirak edən tələbələrimizə də iş təklifi olunub. Həmin tələbələr Neft-qaz mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alırlar.
Qeyd edək ki, ümumilikdə BANM-in 100-dən çox məzunu bp-də müxtəlif vəzifələrdə çalışır.
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib