Çində avtomobil yarışında azı 14 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Szansu əyalətinin Nantun dairəsinin, Tunçjou rayonunun xalq hökuməti bildirib.
Hadisə Sianzu əyalətinin Avtomobil və Motosiklet İdman Assosiasiyası tərəfindən keçirilən illik yarış zamanı baş verib.
"52 yaşlı sürücü nəqliyyat vasitəsinə idarəetməsini itirib və nəticədə 14 nəfər xəsarət alıb", - yerli hakimiyyət orqanları bildirib.
Bütün zərərçəkənlər xəstəxanaya aparılıb. Qeyd edilir ki, iki nəfər ağır xəsarət alıb, vəziyyətləri sabitdir.
Hüquq-mühafizə orqanları araşdırma aparır.
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb