Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, final matçında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbaxça" üz üzə gəlib.
İstanbul derbisi Atatürk Olimpiya Stadionunda keçirilib. Görüşdə "Fənərbaxça" 2:0 hesablı qələbə ilə Superkuboka sahib çıxıb.
Qeyd edək ki, "Qalatasaray" yarımfinalda, "Trabzonspor"u, "Fənərbaxça" isə "Samsunspor"u üstələmişdi.
Türkiyə Superkuboku
Final
10 yanvar
19:45. “Qalatasaray” 0-2 “Fənərbaxça”
Qollar: Matteo Guendouzi, 28, Ceyden Ostervolde, 48