11 yanvar 2026 12:10
132

Bu gün "El-Klasiko" olacaq

Bu gün İspaniya Superkubokunun final matçı keçiriləcək.

“İki sahil” xəbər verir ki, həlledici oyunda "Real Madrid" və "Barselona" klubları qarşılaşacaqlar.

Görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatıtladaq ki, yarımfinal oyunlarında "Barselona" "Atletik Bilbao"nu 5:0, "Real Madrid" isə "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edərək finala yüksəliblər.