12 yanvar 2026 09:49
90

"Qırmızı-şeytanlar" antirekordunu təkrarlayıb

İngiltərənin "Mançester Yunayted" klubu 44 ildən sonra antirekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, bu, "qırmızı-şeytanlar"ın ölkə kubokunda "Brayton"a uduzması (1:2) ilə reallaşıb.

Komanda 1981/1982 mövsümündən sonra ilk dəfə həm Liqa Kubokunda, həm də FA Kubokunun birinci turunda mübarizəni dayandırıb.

Qeyd edək ki, "Mançester Yunayted" daha əvvəl Liqa Kubokunda "Qrimsbi Taun"a əsas vaxtı 2:2 bitən görüşün penaltilər seriyasında (11:12) məğlub olub.