Fransa Kubokunun 1/16 final mərhələsində "Paris" komandası ilə oyun PSJ üçün antirekordlarla yadda qalıb.
“İki sahil” xəbər verir ki, , hazırkı ölkə çempionu tarixində ilk dəfə paytaxt derbisində uduzub.
Komandalar daha əvvəl üç dəfə üz-üzə gəliblər. PSJ Liqa 1-in XVII turunda rəqibini 2:1 hesabı ilə üstələyib. Digər iki görüş isə 1978/1979 mövsümündə baş tutub. Həmin qarşılaşmalar heç-heçə başa çatıb - 1:1, 2:2.
Bundan əlavə, Luis Enrike PSJ-də ilk dəfə baş məşqçi kimi Fransa Kubokunu qazana bilməyib.
Qeyd edək ki, PSJ "Paris"ə 0:1 hesabı ilə uduzub.