14 yanvar 2026 11:30
170

“Neft Tariximiz: Görkəmli Neftçilər” - SOCAR-dan yeni layihə/VİDEO

Bu gün SOCAR yeni layihəyə start verir.

“İki sahil” xəbər verir ki, “Neft Tariximiz: Görkəmli Neftçilər.” layihəsi çərçivəsində Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynamış görkəmli neftçilərin həyat və fəaliyyət yolu haqqında məlumatlar paylaşılacaq:

“Layihənin ilk buraxılışı 1965-1970-ci illərdə Azərbaycanın Neft Sənayesi naziri olmuş Bəxtiyar Məmmədova həsr olunub. Azərbaycan neft sənayesinin inkişafına dəyərli töhfə verən korifey neftçimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.”