14 yanvar 2026 18:15
101

Futbolçular yorğunluq fonunda meydana çıxmışdılar - Andrey Demçenko

"Araz-Naxçıvan"ın futbolçuları "Qəbələ"yə uduzduqları yoxlama oyununa yorğunluq fonunda çıxıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ukraynalı mütəxəssis bugünkü matçın daha çox məlumat xarakterli olduğunu söyləyib:

"Nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcədə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.