15 yanvar 2026 16:32
163

Azər Məmmədov Naxçıvanda vətəndaş qəbulu keçirəcək

"Azəriqaz"ın baş direktoru Naxçıvanda vətəndaşları qəbul edəcək.

“İki sahil” xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaş qəbulu keçirəcək.

Qəbul sabah saat 15:00-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutacaq.