Cenevrədə “Kristis”şirkətinin təşkil etdiyi hərracda nadir daşlardan sayılan çəhrayı brilyant 18.1 milyon dollara satılıb. 9.14 karatlıq daş uğrunda qızğın mübarizə getsə də, Çindən gələn zəng digər alıcıların ümidlərinin üstündən xətt çəkib. Adının açıqlanmasını istəməyən bir şəxs telefonla daş üçün 18.1 milyon dollar ödəməyə hazır olduğun bildirib.
ATV.az xəbər verir ki, mütəxəssislər bu daşa təxminən 16-17 milyon dollar qiymət qoymuşdu. Nadir brilyantın gözləniləndən baha qiymətə satılması “Kristis” şirkətinin rəsmilərini də razı salıb.
Hərracda diqqət çəkən məqamlardan biri də fransızlara məxsus zərgərlik mağazasının istehsal etdiyi brilyant sırğanın inanılmaz qiymətə satılması olub. Gözəlliyi il göz oxşayan sırğa nə az, nə çox düz 17 milyon dollara satılıb.
Qeyd edək ki, bu il təsis edilməsinin 250 illiyini qeyd edən “Kristis" şirkəti son hərracda təxminən 100 milyon dollarlıq satışa imza atıb.