ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha səkkiz qarşılaşma keçirilib.
“İki sahil” xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” evdə son çempion “Oklahoma Siti Tander”i qəbul edib. Görüş qonaqların 111:91 hesabı ilə bitib. Bu, komandanın müntəzəm mövsümdə ardıcıl beşinci qələbəsi olub.
Hazırda Qərb Konfransının turnir cədvəlinə “Oklahoma Siti Tander” başçılıq edir. “Hyuston Rokets” isə altıncıdır.
Matçların nəticələri
“Detroit Pistons” - “Finiks Sanz” – 108:105
“Hyuston Rokets” - “Oklahoma Siti Tander” – 91:111
“Dallas” - “Yuta Caz” – 144:122
“Qolden Steyt-Uorriorz” - “Nyu-York Niks” – 126:113
“Mayami Hit” – “Boston Seltiks” – 114:119
“San-Antonio Spörs” - “Miluoki Baks” – 119:101
“Portlend Treyl Bleyzers” - “Atlanta Hoks” – 117:101
“Los-Anceles Leykers” – “Şarlott Hornets” – 117:135.